Konqres Trampın and içməsindən əvvəl sərhədlə bağlı qanun qəbul edəcək

Konqres Trampın and içməsindən əvvəl sərhədlə bağlı qanun qəbul edəcək Amerika qanunvericiləri yaxın iki həftə ərzində dövlət sərhədindəki vəziyyət və miqrasiya böhranı ilə bağlı bir neçə qanun layihəsini qəbul etmək niyyətindədirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimi günü onları
Digər ölkələr
5 Yanvar , 2025 22:30
Konqres Trampın and içməsindən əvvəl sərhədlə bağlı qanun qəbul edəcək

Amerika qanunvericiləri yaxın iki həftə ərzində dövlət sərhədindəki vəziyyət və miqrasiya böhranı ilə bağlı bir neçə qanun layihəsini qəbul etmək niyyətindədirlər ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimi günü onları imzalaya bilsin.

“Report” xəbər verir ki, bunu Nümayəndələr Palatasının spikeri Mayk Conson deyib.

“Qarşıdakı iki həftə ərzində nəzərdən keçirəcəyimiz bir neçə qanun layihəmiz var. Biz onları Nümayəndələr Palatasında keçirib Senata göndərəcəyik ki, prezident Tramp yanvarın 20-də vəzifəyə başlayanda hər şey hazır olsun. Bir sıra sərhəd məsələləri var ki, onları həll etmək sadəcə olaraq sağlam düşüncədir. Hətta bəzi qanun layihələri üzrə bir neçə Demokratın səsi də ala bilərik”, - deyə o qeyd edib.

Miqrasiya böhranı ABŞ-dakı seçki yarışının əsas problemlərindən birinə çevrilib, respublikaçılar əslində onun kəskin pisləşməsinə görə Cozef Bayden administrasiyasını və Demokratları günahlandırıblar.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ictimaiyyət qarşısında çıxışlarında dəfələrlə bildirib ki, o, inauqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi