Kolumbiyada ELN təşkilatının liderlərindən biri öldürülüb

Digər ölkələr
  • 14 may, 2020
  • 23:23
Kolumbiyada ELN təşkilatının liderlərindən biri öldürülüb

Kolumbiya hərbçiləri üsyançı Milli Azadlıq Ordusu (ELN) hərəkatının liderlərindən birini zərərsizləşdirib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.

"Moço Terro" kimi məlum olan ELN liderlərindən biri Bolivar ştatının cənubunda zərərsizləşdirilib. Əməliyyatın gedişatında bu terror təşkilatının daha üç üzvü öldürülüb", - nazirliyin “Twitter”dəki bəyanatında deyilir.

Terrorçu ELN-in regiondakı cəbhəsinə başçılıq edib.

Yerli “Tiempo” qəzeti yazır ki, “Moço Terro”nun düşərgəsi hərbi kəşfiyyatla aşkar olunub. Bundan sonra Kolumbiya Hərbi Hava Qüvvələri obyektə zərbə endirib.

“Caracol” radiostansiyasının yaydığı məlumata görə, hakimiyyət hərbçilərin və polislərin qətllərinə cəlb olunmuş terrorçunun olduğu yer haqqında informasiya üçün 630 milyon peso (təxminən 160 min ABŞ dolları) təklif edirdi.

Qeyd edilir ki, o, uzun müddət yeraltı tunellər sisteminin köməyi ilə gizlənməyə müvəffəq olub. “Moço Terro” 1999-cu ildə sərnişin təyyarəsinin qaçırılmasında iştirak edib.

44 - Tezliklə