KİV: Yaxın illərdə yeni dünya müharibəsi başlaya bilər

KİV: Yaxın illərdə yeni dünya müharibəsi başlaya bilər Yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişə baş verə bilər.
Digər ölkələr
382
17 Dekabr , 2021 00:38
KİV: Yaxın illərdə yeni dünya müharibəsi başlaya bilər

Yaxın beş ildə böyük dövlətlər arasında silahlı münaqişə baş verə bilər.

"Report" xəbər verir ki, bunu "The Wall Street Journal" qəzetinin eksperti Endryu Mista bildirib.

Ekspertin fikrincə, ABŞ və Çin arasında qarşıdurma riski əvvəlkindən qat-qat yüksəkdir. İki ölkə arasında Tayvanın statusu bağlı mübahisə aktiv müharibəyə çevrilə bilər.

Mişta hesab edir ki, Amerika ordusunun hələlik müharibə formatına hazır olmaması səbəbindən digər güclü dövlətlər ona meydan oxumaq istəyəcək. Eyni zamanda, Silahlı Qüvvələrin modernləşdirilməsi üçün Pentaqona təxminən 15 il vaxt lazım olacaq.

Bununla yanaşı, Yaxın Şərq və Şimali Afrikadan miqrant axını ölkələr arasında müharibə riskini əhəmiyyətli şəkildə artırır.

Mütəxəssis qeyd edib ki, ABŞ-ın xeyli zəifləməsi bəzi ölkələri cəsarətli addımlar atmağa sövq edir.

Son xəbərlər

Orphus sistemi