KİV: NATO yaxın günlərdə "Arktik Keşikçi" missiyasına başlamağı planlaşdırır
Digər ölkələr
- 09 fevral, 2026
- 18:56
NATO yaxın günlərdə Qrenlandiyada "Arctic Sentry" ("Arktik Keşikçi") əməliyyatına başlamağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, missiyanın başlanması barədə qərar bu həftə alyansın müdafiə nazirlərinin Brüsseldəki görüşü zamanı qəbul edilə bilər. Agentliyin məlumatına görə, bu addım alyansın regiondakı rolunu gücləndirmək və ABŞ Prezidenti Donald Trampla avropalı müttəfiqlər arasında Qrenlandiya məsələsi ilə bağlı gərginliyi azaltmaq üçün atılıb.
Xatırladaq ki, fevralın 3-də NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin komandanlığı "Arctic Sentry" əməliyyatına hazırlığa başlayıb. Missiya ideyası ilk dəfə ilin əvvəlində yaranıb.
Son xəbərlər
12:14
Azərbaycanda 2 ayda orta illik inflyasiya 6 %-ə yaxın artıb
İqtisadiyyat12:13
Alen Simonyan Türkiyəyə səfər edəcək
Region12:12
Azərbaycanda mütəxəssisin peşəkarlığı sertifikatların sayına görə qiymətləndirilir
Biznes12:09
MSK-nın nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
Xarici siyasət12:09
Siyəzəndə 27 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Hadisə12:07
Bakıda kompensasiyaların verilməsində differensial yanaşmanın tətbiqi təklif olunub
İnfrastruktur12:06
Yevlaxda iki yaşlı uşaq su kanalına düşərək ölüb
Hadisə12:03
Tərtərdə qadın doğuş zamanı ölüb
Hadisə12:02
Foto