KİV: Kisida və Şolts müdafiə əməkdaşlığını müzakirə edəcəklər

KİV: Kisida və Şolts müdafiə əməkdaşlığını müzakirə edəcəklər Yaponiyanın Baş naziri Fumio Kisida iyul ayında Almaniyaya səfər etmək, kansler Olaf Şoltsla ikitərəfli, o cümlədən iqtisadi təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq barədə müzakirələr aparmaq niyyətindədir.
Digər ölkələr
18 İyun , 2024 08:18
KİV: Kisida və Şolts müdafiə əməkdaşlığını müzakirə edəcəklər

Yaponiyanın Baş naziri Fumio Kisida iyul ayında Almaniyaya səfər etmək, kansler Olaf Şoltsla ikitərəfli, o cümlədən iqtisadi təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq barədə müzakirələr aparmaq niyyətindədir.

“Report” NHK telekanalına istinadən xəbər verir ki, hazırda Yaponiya hökuməti səfərə müvafiq hazırlıq işləri aparır.

Paralel olaraq, Tokio Kisidanın iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammitinə səfərinə hazırlıq görür. Yaponiyanın Baş naziri Almaniyaya səfərini ABŞ-yə səfərlə birləşdirmək niyyətindədir.

Telenakanal Kisida və Şoltsun müzakirə edə biləcəyi məsələlər arasında Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna ətrafındakı vəziyyəti, təhlükəsizlik sahəsində əməkdaşlığın və Pekinin hərbi fəallığını artırdığı Şərqi Asiyadakı vəziyyəti sadalayır. Bundan əlavə, tərəflər iqtisadi təhlükəsizlik, o cümlədən yeni texnologiyalar və süni intellekt, həmçinin mineral ehtiyatlar, yarımkeçiricilər üçün sabit təchizat zəncirlərinin təmin edilməsi mövzusuna toxunacaqlar.

Son xəbərlər

Orphus sistemi