KİV: İrlandiyada 2,2 ton kokainin ələ keçirilməsi ilə bağlı 8 nəfər saxlanılıb

Digər ölkələr
  • 30 sentyabr, 2023
  • 15:46
KİV: İrlandiyada 2,2 ton kokainin ələ keçirilməsi ilə bağlı 8 nəfər saxlanılıb

İrlandiya polisi tərəfindən ölkə tarixində rekord sayda - 2,2 ton kokainin ələ keçirilməsi əməliyyatından sonra saxlanılanların sayı 8-ə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Irish Independent” qəzeti yazıb.

“Bu həftə İrlandiya sahilində rekord sayda kokainin aşkarlanması ilə bağlı davam edən istintaq çərçivəsində səkkizinci şəxs saxlanılıb”, – nəşr bildirib.