KİV: Fransa hakimiyyəti ölkədə qızdırma epidemiyalarından ehtiyatlanır
- 27 may, 2025
- 07:27
Fransanın hakimiyyət orqanları xəstəliyə yoluxma hallarının artması ilə əlaqədar ölkənin Avropa hissəsində denge və çikunqunya qızdırması epidemiyalarının baş verə biləcəyindən narahatdır.
“Report” bu barədə BFMTV telekanalına istinadən xəbər verir.
"Overn-Rona-Alp regionunda denge və çikunqunyata yoluxma hallarının sayında kəskin artım var, səhiyyə orqanları epidemiyadan ehtiyatlanır", - materialda bildirilir.
Xəstəliyin yayılması ilə mübarizə aparmaq üçün səhiyyə strukturları "önləyici yanaşma" tətbiq edir. Xəstəliyin yayılmasının səbəbinin pələng ağcaqanadlarının bölgəyə nüfuz etməsi, dişləmələri ilə qızdırmanın ötürüldüyü bildirilir.
"Mayın 1-dən regional səhiyyə agentliyi bölgədə 31 denge və 37 çikunqunya qızdırması halını qeydə alıb", - telekanal vurğulayıb.