KİV: Amerikalılar Baydeni yenidən seçilmək üçün çox yaşlı hesab edirlər

KİV: Amerikalılar Baydeni yenidən seçilmək üçün çox yaşlı hesab edirlər Amerikalıların əksəriyyəti ABŞ prezidentini ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı hesab edirlər.
Digər ölkələr
4 İyul , 2024 07:49
KİV: Amerikalılar Baydeni yenidən seçilmək üçün çox yaşlı hesab edirlər

Amerikalıların əksəriyyəti ABŞ Prezidenti Cozef Baydeni ikinci müddətə yenidən seçilmək üçün çox yaşlı hesab edirlər.

"Report" xəbər verir ki, bunu "Wall Street Journal" qəzetinin apardığı sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 80 %-i Baydenin daha bir prezidentlik dövrü üçün yaşlı olduğu fikri ilə razılaşır. Qeyd olunur ki, Demokrat Partiyasının tərəfdarlarının üçdə ikisi Baydeni başqa namizədlə əvəz edəcək. Respondentlərin 47 %-i həm hazırkı prezident, həm də keçmiş dövlət başçısı Donald Trampı digər namizədlərlə əvəz edərdi.

Nəşr iddia edir ki, bu gün prezident seçkiləri keçirilsəydi, respondentlərin 48 % -i Trampa, 42 %-i Baydenə səs verərdi.

Sorğu iyunun 29-dan iyulun 2-dək 1,5 min nəfər amerikalı arasında aparılıb.

Son xəbərlər

Orphus sistemi