Aİ 4 milyard avro dəyərində COVID-19 əleyhinə vaksini məhv edib

Aİ 4 milyard avro dəyərində COVID-19 əleyhinə vaksini məhv edib Avropa İttifaqı (Aİ) ölkələri 4 milyard avro dəyərində olan ən azı 215 milyon doza COVID-19 əleyhinə vaksini ehtiyac duyulmadığı üçün məhv edib.
Digər ölkələr
18 Dekabr , 2023 11:58
Aİ 4 milyard avro dəyərində COVID-19 əleyhinə vaksini məhv edib

Avropa İttifaqı (Aİ) ölkələri 4 milyard avro dəyərində olan ən azı 215 milyon doza COVID-19 əleyhinə vaksini ehtiyac duyulmadığı üçün məhv edib.

"Report" xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Bildirilib ki, pandemiyanın geniş yayıldığı 2021-ci ildə əhəmiyyətli sayda ehtiyac duyulmayan vaksinlər alınıb. Həmin dövrdə Brüssel ABŞ-nin “Pfizer” şirkəti və Almaniyanın “BioNTech” şirkəti ilə 1,1 milyard dozanın tədarükü üçün böyük müqavilələr imzalayıb.

“Politico” qeyd edib ki, tələbin azalması və logistika problemləri səbəbindən ehtiyac duyulmayan peyvənd dozalarını üçüncü ölkələrə göndərmək cəhdləri problemli olub.

Son xəbərlər

Orphus sistemi