KİV: ABŞ nümayəndə heyəti Suriya hakimiyyəti ilə sanksiyaların ləğvini müzakirə edib

KİV: ABŞ nümayəndə heyəti Suriya hakimiyyəti ilə sanksiyaların ləğvini müzakirə edib ABŞ diplomatlarından ibarət nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.
Digər ölkələr
20 Dekabr , 2024 19:47
KİV: ABŞ nümayəndə heyəti Suriya hakimiyyəti ilə sanksiyaların ləğvini müzakirə edib

ABŞ diplomatlarından ibarət nümayəndə heyəti Dəməşqdə Suriya hakimiyyətinin nümayəndələri ilə sanksiyaların ləğvi və “Həyat Təhrir əş-Şam”ın terror təşkilatları siyahısından çıxarılması məsələlərini müzakirə edib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriyanın "Əl-Vətən" qəzeti məlumat yayıb.

ABŞ diplomatlarından ibarət qrup bu gün Dəməşqə rəsmi səfərə gəlib. Qrupa bu yaxınlarda Suriya üzrə baş məsləhətçi təyin edilmiş Daniel Rubinşteyn, ABŞ-ın Yaxın Şərq məsələləri üzrə dövlət katibi Barbara Lif və ABŞ Prezidentinin girovlar üzrə xüsusi nümayəndəsi Rocer Karstens daxildir.

"Amerika nümayəndə heyəti Suriyanın yeni administrasiyası ilə ölkə xalqına qarşı sanksiyaların, o cümlədən "Sezar aktı"nın ləğv edilməsi, həmçinin "Həyət Təhrir əş-Şam"ın terror təşkilatları siyahısından çıxarılması ilə bağlı məsələləri müzakirə edib", - məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi