KİV: ABŞ-nin qərbində qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb

Digər ölkələr
  • 18 fevral, 2026
  • 08:22
KİV: ABŞ-nin qərbində qar uçqunu nəticəsində 10 xizəkçi itkin düşüb

ABŞ-nin Kaliforniya və Nevada ştatlarının sərhədində, Taho gölü yaxınlığında baş verən qar uçqunu nəticəsində on xizəkçi itkin düşüb, daha altı nəfər isə blokadada qalıb.

"Report" xəbər verir ki, bu barədə "NBC" telekanalı Nevada dairə şerifinin idarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, uçqun Taho gölündən şimal-qərbdə yerləşən Kasl-Pik rayonundakı Traki şəhəri yaxınlığında baş verib. Bu ərazi xüsusi təchiz olunmuş traslardan kənarda xizək sürmək üçün məşhur məkandır. Hadisə nəticəsində 10 xizəkçi itkin düşüb, daha altı nəfər isə mühasirədə qalaraq xilasedicilərin gəlişini gözləyir.

Telekanalın sitat gətirdiyi idarənin kapitanı, şerif Rassel Qrinin sözlərinə görə, fevralın 17-si axşam saatlarında uçqun zonasına 46-ya yaxın xilasedici yola düşüb, lakin son məlumatlara görə, onlar hələ hadisə yerinə çatmayıblar.

Qeyd olunub ki, Kasl-Pik rayonu yaxınlığında yerləşən dağ-xizək kurortu son sutka ərzində bölgəyə təxminən 75 sm qar yağması səbəbindən xizək sürmək üçün əlverişsiz şərait barədə əvvəlcədən xəbərdarlıq edibmiş.

Son xəbərlər

Bütün Xəbər Lenti