KİV: ABŞ İranı İsrailin yeni hücumundan çəkinməyə çağırıb

KİV: ABŞ İranı İsrailin yeni hücumundan çəkinməyə çağırıb ABŞ Prezidenti Cozef Baydenin Administrasiyası İrana İsrailə yeni hücumdan çəkinməsini tövsiyə edib.
Digər ölkələr
3 Noyabr , 2024 01:17
KİV: ABŞ İranı İsrailin yeni hücumundan çəkinməyə çağırıb

ABŞ Prezidenti Cozef Baydenin Administrasiyası İrana İsrailə yeni hücumdan çəkinməsini tövsiyə edib.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

"Biz İsraili cilovlaya bilməyəcəyik, növbəti hücumunun əvvəlki kimi dəqiq və məqsədyönlü olacağından əmin ola bilmərik," - portal mənbədən sitat gətirib.

Xəbərdarlıq Vaşinqtondan Tehrana İsveçrə vasitəsilə çatdırılıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

Son xəbərlər

Orphus sistemi