KİV: ABŞ HƏMAS-a bir müddət atıcı silahları saxlamasına icazə verə bilər
Digər ölkələr
- 11 fevral, 2026
- 07:35
Fələstinin radikal HƏMAS hərəkatı bir müddət atıcı silahların bir hissəsini özündə saxlamaq üçün ABŞ-dən icazə ala bilər.
"Report"un məlumatına görə, bu barədə "The New York Times" mənbələrə istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, Vaşinqton HƏMAS-dan İsrailə hücum edə biləcək bütün silahları təhvil verməsini tələb edəcək, lakin hərəkata müvəqqəti olaraq bir sıra atıcı silahları saxlamağa icazə verə bilər. ABŞ Prezidentinin kürəkəni Cared Kuşner, Amerika liderini xüsusi elçisi Stiven Uitkoff və BMT-nin Yaxın Şərqdə Sülh Prosesi üzrə keçmiş xüsusi koordinatoru Nikolay Mladenovdan ibarət danışıqlar qrupu bu təklifi yaxın həftələrdə HƏMAS-a təqdim edəcək.
Qəzet qeyd edib ki, müddəalar hələlik yekunlaşdırılmayıb və dəyişdirilə bilər.
Son xəbərlər
06:55
Buenos-Ayresdə keçirilən etiraz aksiyalarda on dörd nəfər saxlanılıb
Digər ölkələr06:22
ABŞ və Çin razılaşdırılmış ticarət müqaviləsinin müddətini uzatmağa hazırdırlar
Digər ölkələr05:41
Nümayəndələr Palatası Trampın Kanadaya tətbiq etdiyi tariflərə qarşı çıxıb
Digər ölkələr05:17
Avropol saxta 1,2 milyard avro ələ keçirib
Digər ölkələr04:53
Pakistan yeni ballistik raketini təqdim edib
Hərbi04:16
Ukrayna səsdən beş dəfə çox sürətlə manevr edən raketlər alacaq
Digər ölkələr03:45
ABŞ qoşunları Suriyadakı Ət-Tanf hərbi bazasını tərk edib
Digər ölkələr03:11
ABŞ Hindistana yeni silah satmağı planlaşdırır
Digər ölkələr03:00