KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır

KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır ABŞ hakimiyyəti Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.
Digər ölkələr
23 Sentyabr , 2024 14:03
KİV: ABŞ “Gürcü Arzusu” partiyasının təsisçisinə qarşı sanksiyalar hazırlayır

ABŞ hakimiyyəti Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Amerikanın səsi" radiostansiyası məlumat yayıb.

Məlumata görə, ABŞ rəsmiləri hesab edirlər ki, İvanişvilinin addımları Rusiya şirkətlərinin Gürcüstan bazarına çıxışını asanlaşdırıb, eləcə də Tbilisinin Aİ və NATO-ya daxil olmaq kursuna mane olub. Sanksiyalar tətbiq olunarsa, siyasətçinin ABŞ-dəki aktivləri (əgər varsa) dondurulacaq, Amerika vətəndaşlarına və şirkətlərinə isə onunla iş aparmaq qadağan ediləcək. Bundan başqa, İvanişvilinin ABŞ-yə girişi qadağan oluna bilər.

Hakim partiyanın təsisçisinə qarşı sanksiyaların tətbiq olunacağı vaxt açıqlanmır.

Son xəbərlər

Orphus sistemi