Moldovada ICE Parlament Assambleyasının iclası keçiriləcək
- 27 noyabr, 2023
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldova Parlamenti bu gün Mərkəzi Avropa Təşəbbüsü (ICE) Parlament Assambleyasının iclasını keçirəcək.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə qanunvericilik forumunun mətbuat xidməti məlumat yayıb.
İclasda ICE üzvü olan 16 ölkənin deputatları Avropaya inteqrasiyanın dəstəklənməsi və regionda davamlı inkişafın təşviqi ilə bağlı mövzuları müzakirə edəcəklər.
Qeyd edilib ki, Parlament Assambleyasının üç ümumi komitəsinin iclaslarının da keçirilməsi planlaşdırılır. Buraya siyasi və daxili işlər, iqtisadi və mədəniyyət məsələləri daxildir.
Xatırladaq ki, Moldova 1996-cı ildən İCE-ın üzvüdür. Forumun əsas məqsədi müxtəlif siyasi istiqamətli ölkələr və iqtisadi strukturlar arasında əlaqə yaratmaq birgə maraq kəsb edən sahələrdə nailiyyətlər əldə etməkdir.