Kallas: Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsində sürətlə hərəkət etməliyik

Kallas: Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsində sürətlə hərəkət etməliyik Avropanın müdafiə nazirləri bu gün Avropa İttifaqının (Aİ) öz müdafiəsini gücləndirmək və Ukrayna üçün nə edə biləcəyini müzakirə edəcəklər.
Digər ölkələr
3 aprel 2025 13:26
Kallas: Aİ-nin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsində sürətlə hərəkət etməliyik

Avropanın müdafiə nazirləri bu gün Avropa İttifaqının (Aİ) öz müdafiəsini gücləndirmək və Ukrayna üçün nə edə biləcəyini müzakirə edəcəklər.

“Report” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Polşada Aİ müdafiə nazirlərinin görüşündən əvvəl bildirib.

"Maliyyələşdirmə, birgə satınalmalar, həmçinin əsas layihələr barədə danışdıqda müzakirə edilməli çoxsaylı elementlər var. Buna görə də bu gün çox ətraflı və intensiv müzakirələr gözləyirəm", - o bildirib.

ABŞ ilə ticarət müharibəsinin əməkdaşlığa təsir edib-etməyəcəyi sualına cavab olaraq Kallas qeyd edib ki, belə şeylərdə qalib olmur. O bildirib ki, amerikalılarla olan müdafiə əməkdaşlığı da çox vacibdir.

Onun sözlərinə görə, Avropa Komissiyası öz müdafiə sənayesi üçün nə edilə biləcəyi barədə də düşünür: "Biz portfelimizi şaxələndirməliyik ki, lazım olan sursatları və məhsulları istehsal etmək, eləcə də digər müttəfiqlərdən ala bilmək imkanlarımız olsun”. K.Kallas əlavə edib ki, Avropa daha sürətlə hərəkət etməlidir.

Son xəbərlər

Orphus sistemi