Kamboca Tailandla sərhəd qarşıdurmasında yeni itkilər verib

Digər ölkələr
  • 09 dekabr, 2025
  • 10:48
Kamboca Tailandla sərhəd qarşıdurmasında yeni itkilər verib

Tailandla sərhəddə yeni döyüş əməliyyatları nəticəsində Kambocada 7 mülki şəxs həlak olub, 20 nəfər yaralanıb.

Bu barədə "Report" WP-yə istinadən məlumat verir.

"Kamboca sülh istəyir, lakin öz ərazisini müdafiə etməyə məcburdur", - Senatın sədri Hun Sen deyib.

Tailand silahlı qüvvələrinin nümayəndəsi münaqişənin gərginləşməsi nəticəsində bir hərbçinin həlak olduğunu, 29-nun yaralandığını təsdiqləyib.

Tailand tərəfinin məlumatına görə, Kamboca qüvvələri yaylım atəşi sistemləri, bombardmançı pilotsuz uçuş aparatları və kamikadze dronları tətbiq ediblər. Raketlərdən bir neçəsinin mülki yaşayış məntəqələrinə düşdüyü qeyd olunur.

Tailandın 2-ci ordu regionunun komandanlığı sərhəd boyunca təxminən 500 müvəqqəti yerləşdirmə məntəqəsinin təşkil olunduğunu bildirib. Bu məntəqələrdə riskli zonalardan təxliyə edilmiş 125 min 800-dən çox insan yerləşdirilib.

Regionda vəziyyət qeyri-sabit olaraq qalır. Hər iki tərəf vətəndaşları qorumaq və davam edən toqquşmaların nəticələrini minimuma endirmək üçün tədbirlər görür.

Son xəbərlər

Bütün Xəbər Lenti