İsveçrə ordunun NATO təlimlərində iştirakına qadağa qoyulmasından imtina edib

İsveçrə ordunun NATO təlimlərində iştirakına qadağa qoyulmasından imtina edib İsveçrə parlamentinin kiçik palatasının Təhlükəsizlik Siyasəti Komitəsinin (CPS-E) üzvləri ölkə ordusunun NATO-nun kollektiv müdafiə təlimlərində iştirakının qadağan edilməsi təklifini yekdilliklə rədd ediblər.
Digər ölkələr
30 Avqust , 2024 19:34
İsveçrə ordunun NATO təlimlərində iştirakına qadağa qoyulmasından imtina edib

İsveçrə parlamentinin kiçik palatasının Təhlükəsizlik Siyasəti Komitəsinin (CPS-E) üzvləri ölkə ordusunun NATO-nun kollektiv müdafiə təlimlərində iştirakının qadağan edilməsi təklifini yekdilliklə rədd ediblər.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin saytında dərc olunan məlumatda deyilir.

Senatorlar hesab edirlər ki, belə təklif İsveçrənin təhlükəsizlik siyasətinin maraqlarına ziddir, çünki NATO ilə müdafiə təlimlərində iştirak İsveçrənin kollektiv müdafiə vəziyyətində iştirakına deyil, ordunun müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlib. Onların fikrincə, bu cür əməkdaşlıq ölkənin neytrallığına zidd deyil və hətta genişləndirilməlidir.

Qeyd edək ki, İsveçrə hərbçiləri bu il ölkə hüdudlarından kənarda 20, öz ərazisində isə 4 təlimdə iştirak edəcək və bütün bunların hamısı NATO ölkələrinin iştirakı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi