İsrailin Hərbi Hava Qüvvələri Qəzzaya zərbə endirib

İsrailin Hərbi Hava Qüvvələri Qəzzaya zərbə endirib İsrailin Hərbi Hava Qüvvələri Qəzza sektorunun qərbində Daxili İşlər Nazirliyinin binasına zərbə endirib
Digər ölkələr
380
14 May , 2021 23:36
İsrailin Hərbi Hava Qüvvələri Qəzzaya zərbə endirib
0 : 00
0 : 00

İsrailin Hərbi Hava Qüvvələri Qəzza sektorunun qərbində Daxili İşlər Nazirliyinin binasına zərbə endirib.

“Report” xəbər verir ki, bu barədə “Ihlas” agentliyi bildirib.

Agentlik hadisənin başqa təfərrüatlarını açıqlamayıb.

Eyni zamanda İsrailin Müdafiə Ordusunun mətbuat xidməti aviasiyanın radikalların Qəzzanın şimalında tank əleyhinə bölməsinə zərbə endirdiyini xəbər verib. Qeyd edilir ki, hərbçilər həmçinin həmin regionda iki tank əleyhinə işəsalma qurğusunu məhv ediblər.

Qəzza sektorunda İsrail ordusu ilə Fələstinin hərbi qruplaşması arasında raket atəşləri mayın 10-dan intensivləşib. Cümə günü İsrail atəşlər nəticəsində 9 nəfərin həlak olduğunu xəbər verib. Fələstin isə ölənlərin sayının 120 nəfər olduğunu, yaralıların sayının 900 nəfəri ötdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi