Benyamin Netanyahu: "İndi İsrailin taleyi təhlükə altındadır"
Digər ölkələr
- 11 oktyabr, 2023
- 21:10
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin müxalif siyasi bloku “Dövlət Düşərgəsi”nin liderlərindən biri, Knessetin (parlament) üzvü Benni Qantsın iştirakı ilə ölkədə fövqəladə hökumət yaradıldığını elan edib.
“Report” xəbər verir ki, o, bu barədə xalqa televiziya ilə müraciəti zamanı bildirib.
“İsrail vətəndaşları, bu gecə biz fövqəladə hökumət yaratdıq. İsrail xalqı birdir və bu gün onun rəhbərliyi də birləşib”.
Baş nazirin sözlərinə görə, “bütün digər mülahizələr” bir kənara qoyulub, çünki indi İsrailin taleyi təhlükə altındadır. O, hakimiyyətin bütün israillilərin və ölkənin rifahı üçün birgə çalışacağını vurğulayıb.
Baş nazir əsas vəzifəni İsrailə hücum edən radikal Fələstinin HƏMAS təşkilatı üzərində qələbə adlandırıb.
Son xəbərlər
11:23
Cəlilabadda avtomobil tamamilə yanıb
Hadisə11:14
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib
Digər ölkələr11:00
Azərbaycan cüdoçuları Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
Fərdi10:52
Vilnüsə yaxın ərazilərdə NASAMS zenit-raket kompleksləri yerləşdirilib
Digər ölkələr10:52
Foto
Ombudsman Özbəkistanda səfərdə olub
Xarici siyasət10:44
Foto
Qazaxda yol qəzasında iki nəfər ölüb
Hadisə10:41
Foto
Göyçayda ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb – YENİLƏNİB-2
Hadisə10:38
Daşkənd küçələri Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib
Region10:38