İsrail şimal sərhədinə ehtiyatda olan hərbçiləri çağırıb
Digər ölkələr
- 14 iyun, 2025
- 11:00
İsrail Müdafiə Qüvvələri İran PUA-larının hücumları barədə məlumatlar fonunda şimal sərhədini gücləndirmək üçün ehtiyatda olanları çağırır.
"Report" "Times of Israel"ə istinadən xəbər verir ki, ordu 146-cı ehtiyat diviziyasının qərargahını, həmçinin "Dəmir yumruq" və "Etsioni" ehtiyat briqadalarını şimal sərhədində "müxtəlif ssenarilər" üçün ehtiyat qüvvələri kimi xidmət etməyə çağırıb.
Əlavə edilib ki, bir neçə digər ehtiyat batalyonu çağırılıb və Livan və Suriya ilə sərhədlərdə yerləşdirilib.
Daha əvvəl İsrail ordusu İran PUA-larının aşkar edilməsi səbəbindən yəhudi dövlətinin şimalında hava həyəcanının elan edildiyi barədə məlumat vermişdi. Öz növbəsində İran KİV-ləri iki pilotsuz uçuş aparatının hədəfləri vurduğunu bildirmişdi.
Son xəbərlər
23:36
İsrail ordusu oktyabr hadisələrində iştirak etmiş HƏMAS silahlısını zərərsizləşdirib
Digər ölkələr23:16
ABŞ-nin İsraildəki səfiri: Tramp İranla ziddiyyətlərin sülh yolu ilə həllini istəyir
Digər ölkələr23:02
Milanda polislə etirazçılar arasında toqquşmalar baş verib
Digər ölkələr22:49
"Barselona" La Liqanın 23-cü turunda "Malyorka"nı darmadağın edib
Futbol22:35
Federasiya prezidenti "Böyük Dəbilqə"də medal qazanan cüdoçuları təbrik edib
Fərdi22:32
Uitkoff ilə Kuşner Ərəb dənizindəki "Abraham Lincoln" aviadaşıyıcısında olublar
Digər ölkələr22:19
Netanyahu fevralın 11-də ABŞ-də Trampla görüşəcək
Digər ölkələr22:05
Əlcəzair BƏƏ ilə aviasiya əlaqəsi barədə razılaşmanı ləğv edir
Digər ölkələr21:57