İsrail Ordusu “Hizbullah”ın kəşfiyyat qərargahına hücum edib.
"Report" xəbər verir ki, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Suriyanın paytaxtı Dəməşq ərazisində “Hizbullah” terror təşkilatının kəşfiyyat qərargahının infrastruktur və obyektlərinə hücum edib”, - məlumatda bildirilir.
Kəşfiyyat qərargahının “Hizbullah”ın mərkəzi kəşfiyyat orqanı olduğu dəqiqləşdirilir.
Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.