İsrail Ordusu Qəzzadan atəşi qeydə alıb

İsrail Ordusu Qəzzadan atəşi qeydə alıb İsrail Ordusu Qəzza zolağından atəşi qeydə alıb.
Digər ölkələr
3 Noyabr , 2024 02:33
İsrail Ordusu Qəzzadan atəşi qeydə alıb

İsrail Ordusu Qəzza zolağından atəşi qeydə alıb.

"Report"un məlumatına görə, bu barədə ordunun Mətbuat xidməti xəbər yayıb.

Məlumata görə, iki mərmi Fələstin anklavının yaşayış olmayan əraziyə düşən şimal hissəsindən atılıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail Ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin bu səylər indiyədək heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

Son xəbərlər

Orphus sistemi