İsrail ordusu Livana zərbələr endirib

İsrail ordusu Livana zərbələr endirib İsrail hərbçiləri sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana, o cümlədən orada fəaliyyət göstərən "Hizbullah" təşkilatının hədəflərinə yeni hücumlar həyata keçirib.
Digər ölkələr
17 Dekabr , 2023 19:37
İsrail ordusu Livana zərbələr endirib

İsrail hərbçiləri sərhəd bölgələrinin atəşə tutulmasına cavab olaraq Livana, o cümlədən orada fəaliyyət göstərən "Hizbullah" təşkilatının hədəflərinə yeni hücumlar həyata keçirib.

"Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Bu gün səhər saatlarında Livandan İsrailin şimalındakı Har Dov ərazisi istiqamətində zərbə qeydə alınıb. İsrail Müdafiə Qüvvələrinin tankı cavab tədbirləri görüb”, - məlumatda deyilir.

Bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi və helikopteri də Livanda "Hizbullah" terror təşkilatının infrastrukturuna və hərbi kompleksinə zərbələr endirib.

Son xəbərlər

Orphus sistemi