Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək

Futbol
  • 16 noyabr, 2026
  • 09:00
Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Andorra ilə üz-üzə gələcək

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə Andorra seçməsi ilə üz-üzə gələcək.

Enkamp şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.

Matçın baş hakimi ispaniyalı Xose Luis Munuera olacaq.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası oyununda səfərdə Lixtenşteyni minimal hesabla üstələyib - 1:0.