Uqo Lyoris Fransa futbolu tarixində rekorda imza atıb

Futbol
  • 16 noyabr, 2026
  • 07:28
Uqo Lyoris Fransa futbolu tarixində rekorda imza atıb

"Los-Anceles"in qapıçısı Uqo Lyoris peşəkar səviyyədə 1 000 oyun keçirib.

"Report" xəbər verir ki, bu barədə "L Equipe" məlumat yayıb.

Məlumata görə, o, buna nail olan ilk fransız futbolçu olub.

Otuz doqquz yaşlı qapıçı "Los-Anceles Qalaksi" komandasına qarşı əlamətdar oyununu keçirib. MLS çempionatının matçı 2-2 hesabı ilə başa çatıb.

Lyoris Fransa milli komandasında 145 və əlavə 856 klub oyunu keçirib. O, ABŞ-yə köçməzdən əvvəl 2012-ci ildən 2023-cü ilə qədər "Nits", "Lion" və "Tottenhem Hotspur" klublarında oynayıb.

Xatırladaq ki, qapıçı milli komanda ilə 2018-ci ilin Dünya çempionatını qazanıb.