İsrail ordusunun mətbuat xidməti radikal HƏMAS hərəkatının iki komandirinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib.
“Report” bu barədə İsrail ordusunun mətbuat xidmətinə istinadən xəbər verir.
"Bu gün səhər saatlarında Rəfahda pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS liderlərinin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan və HƏMAS qüvvələrinin Rəfah bölgəsində yüksək səviyyəli komandiri vəzifəsində çalışan Əhməd Eliakubi zərərsizləşdirilib. Zərbə zamanı HƏMAS-ın yüksək rütbəli komandiri İman Rantisi, daha bir yaraqlı zərərsizləşdirilib”, - məlumatda deyilir.
Mətbuat xidməti qeyd edib ki, zərbələr İsrail Baş Təhlükəsizlik Xidməti və ordusunun kəşfiyyat məlumatlarına uyğun olaraq həyata keçirilib.