İsrail antiterror əməliyyatına başlayıb, HƏMAS-ın qərargahı dağıdılıb - YENİLƏNİB-2

İsrail antiterror əməliyyatına başlayıb, HƏMAS-ın qərargahı dağıdılıb - YENİLƏNİB-2 İsrail ordusu “Dəmir qılınc” adı altında antiterror əməliyyatına başladığını elan edib.
Digər ölkələr
7 Oktyabr , 2023 12:58
İsrail antiterror əməliyyatına başlayıb, HƏMAS-ın qərargahı dağıdılıb - YENİLƏNİB-2

İsrailin Müdafiə Ordusunun hava zərbələri nəticəsində HƏMAS-ın Qəzza zolağının Tel-Elxua rayonundakı qərargahı dağıdılıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə Qəzza zolağından məlumat yayılıb.

12:30

Hücuma məruz qalan Sderot şəhər polis idarəsi İsrail təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb.

“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə yerində yaralılar var.

11:50

İsrail ordusu “Dəmir qılınclar” adı altında antiterror əməliyyatına başladığını elan edib.

“Report” xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

“HƏMAS”ın hərbi qolu “İzəddin əl-Qasam briqadası”nın rəhbərliyi bildirib ki, “Əl-Aksa” əməliyyatının gedişində İsrailin 35 vətəndaşı və hərbçisini Qəzza zolağına aparıblar.

Son xəbərlər

Orphus sistemi