İsrail ordu üçün raket katerləri və yolsuz avtomobillərinin alınmasını təsdiqləyib

İsrail ordu üçün raket katerləri və yolsuz avtomobillərinin alınmasını təsdiqləyib İsrail Müdafiə Qüvvələrinin döyüş imkanlarının təchizatı və gücləndirilməsi üçün nəzərdə tutulan, yeni raket katerləri və yolsuzluq avtomobillərinin alınmasını nəzərdə tutan layihələr İsrail hökumətinin satınalma komissiyası tərəfindən təsdiqlənib.
Digər ölkələr
25 Noyabr , 2024 04:38
İsrail ordu üçün raket katerləri və yolsuz avtomobillərinin alınmasını təsdiqləyib

İsrail Müdafiə Qüvvələrinin döyüş imkanlarının təchizatı və gücləndirilməsi üçün nəzərdə tutulan, yeni raket katerləri və yolsuzluq avtomobillərinin alınmasını nəzərdə tutan layihələr İsrail hökumətinin satınalma komissiyası tərəfindən təsdiqlənib.

“Report” xəbər verir ki, bu barədə yəhudi dövlətinin Baş nazirinin ofisi, Müdafiə Nazirliyi və Maliyyə Nazirliyinin birgə bəyanatında bildirilib.

“Bu gün Nazirlərin Satınalma üzrə Komissiyası bir sıra alışları təsdiqlədi ki, bunların arasında “Reşef” layihəsi – hərbi dəniz qüvvələri üçün yeni raket kateri, həmçinin yüzlərlə yeni JLTV “Fara” tipli yolsuzluq avtomobilləri var. Müqavilə çərçivəsində Müdafiə Nazirliyi “İsrail Gəmi Təmiri” şirkətindən beş müasir “Reşef” kateri alacaq”, – bəyanatda qeyd olunub.

Təsdiqlənmiş layihələr Knessetin (parlamentin) müdafiə büdcəsi üzrə komissiyasına təqdim ediləcək, bundan sonra “Müdafiə Nazirliyi müqavilələrin imzalanmasına keçə biləcək”. Baş nazirin ofisində qeyd ediblər ki, söhbət “milyardlarla şekel” məbləğində alışlardan gedir.

Son xəbərlər

Orphus sistemi