İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna hava zərbələri endirib
Digər ölkələr
- 04 dekabr, 2025
- 19:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı ilk hücumdan bir saat sonra iki şəhərə hava hücumları həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bundan əvvəl İsrail ordusu mümkün aviazərbələr barədə xəbərdarlıq yayıb, ardınca döyüş təyyarələri Muxruna və Cəbbə yaşayış məntəqələrini bombalayıb.
Agentliyin məlumatına görə, Cəbbədə zərbə sıx məskunlaşmış yaşayış rayonundakı binaya dəyib, nəticədə bina tamamilə dağılıb, yaxın ərazilərə isə ciddi ziyan vurulub.
Daha sonra İsrail hərbçiləri Livanın cənubundakı Əl-Məcədəl və Braaşit şəhərlərini hücuma məruz qoyublar. Zərbələrdən biri Braaşitdəki binanı tamamilə dağıdıb.
Son xəbərlər
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026)
Maliyyə
09:09
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
Maliyyə
09:05
SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb
Energetika
08:49
"Fox": Vens Trampın geosiyasi siyasətindən narazı olanları ətrafında birləşdirmək niyyətindədir
Digər ölkələr
08:31
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur