İspaniya Ukraynaya humanitar yardım üçün 10 milyon avro ayırıb
Digər ölkələr
- 28 yanvar, 2025
- 21:21
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Ukraynaya səfəri çərçivəsində bu ölkəyə əlavə 10 milyon avro humanitar yardımın ayrılacağını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin press-relizində deyilir.
Məlumata görə, diplomat Ukraynaya səfəri zamanı ölkə hakimiyyətinə İspaniyanın Əməkdaşlıq Agentliyindən humanitar yardım kimi 10 milyon avro ayırdığını deyib. Bu, İspaniyanın münaqişə başlayandan bəri Kiyevə verdiyi 100 milyon avroya əlavədir.
Nazirlikdən bildirilib ki, münaqişənin başlanmasından bu günədək 400 milyon avronun ayrıldığı ölkənin bərpasına digər yardımlar da əlavə edilməlidir.
Bildirilir ki, artıq Ukraynanın 7 minə yaxın hərbçisi İspaniyada təlim keçib.
Son xəbərlər
18:10
Polis kursantları Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob keçiriblər
Daxili siyasət18:08
Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib
Fərdi18:07
ƏMDX: İri torpaq sahələrinin icarəsi üçün güzəştli əmsallar tətbiq olunacaq
Biznes18:02
Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq
Biznes18:00
Pentaqon müntəzəm olaraq UNO-larla bağlı sənədləri dərc edəcək
Maraqlı17:55
Foto
Azərbaycan və Efiopiya iqtisadi-ticarət və investisiya əməkdaşlığını müzakirə ediblər
Biznes17:54
XİN-də diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyat müddəti uzadılıb
Xarici siyasət17:52
Sibiqa: Ukrayna heç vaxt Latviya istiqamətinə dronlar göndərməyib
Digər ölkələr17:50