İrlandiyada koronavirus məhdudiyyətlərinin əksəriyyəti ləğv edilib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baş nazir Mixol Martin bildirib.
Hökumətin dünən qüvvəyə minən qərarlarına əsasən, yerli vaxtla saat 20:00-dan sonra bağlanan bar və restoranlar artıq heç bir müddət məhdudiyyəti olmadan xidmət göstərə biləcək.
Əyləncə məkanlarının girişində peyvənd və ya COVID-19 sənədi tələb olunmayacaq.
Konsertlərin keçirildiyi zallar və ya stadionlar tamaşaçıları tam gücü ilə qəbul edə biləcək.
Ölkə daxilində işçilər bazar ertəsindən etibarən tədricən ofislərə qayıdacaqlar.
Bununla yanaşı, mağazalarda, məktəblərdə və ictimai nəqliyyatda maska taxmaq, təmas və ya infeksiyadan sonra karantində qalmaq və səyahətlər zamanı COVID-19 sənədinin tələb olunması öhdəliyi davam edəcək.