İraqın şimalında PKK-nın üç terrorçusu Türkiyə sərhədçilərinə təslim olub

Digər ölkələr
  • 18 iyul, 2024
  • 16:52
İraqın şimalında PKK-nın üç terrorçusu Türkiyə sərhədçilərinə təslim olub

İraqın şimalındakı sığınacaqlarından qaçan PKK-nın üç terrorçusu təslim olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qətiyyətli əməliyyatlarımız nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan PKK-nın üç terrorçusu Haburdakı sərhəd məntəqəmizə təslim olub”, - məlumatda vurğulanıb.