İraqda partlayışda 23 koronaviruslu xəstə ölüb

İraqda partlayışda 23 koronaviruslu xəstə ölüb İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada partlayış baş verib.
Digər ölkələr
25 Aprel , 2021 03:07
İraqda partlayışda 23 koronaviruslu xəstə ölüb

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada partlayış baş verib.

Bu barədə “Report” “Sky News Arabiya” portalına istinadən xəbər verir.

Qeyd olunub ki, partlayışdan sonra yanğın başlayıb, bina tamamilə yanıb. Nəticədə infeksiyadan mülaicə alan 23 nəfər dünyasını dəyişib.

Yanğının söndürülməsinə 20-dən çox yanğınsöndürmə briqadası cəlb olunub. Hadisə nəticəsində 40 nəfər xəsarət alıb.

Məlumata əsasən, İbn əl-Xətib xəstəxanasının reanimasiya şöbəsində, ağciyəri zədələnmiş ağır xəstələri oksigenlə təchiz edən balonların olduğu anbarda partlayış baş verib.

Son xəbərlər

Orphus sistemi