İndoneziyada stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb

İndoneziyada stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.
Digər ölkələr
2 Oktyabr , 2022 11:02
İndoneziyada stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb

İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vilayətin qubernator müavini Emil Dardak məlumat verib.

Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan isə yaralanıb.

04:00

İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, ölənlər arasında iki polis əməkdaşı da var.

Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb.

Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub.

Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər yaralanıb. Onlar xəstəxanalara yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi