III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək

III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək Çarlz III bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək.
Digər ölkələr
10 Sentyabr , 2022 08:40
III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək

Çarlz III bu gün rəsmi olaraq Böyük Britaniyanın kralı elan ediləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, II Elizabetin oğlunu yeni hökmdar elan edəcək Varislik Şurasının iclası Londonda yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 13:00) başlayacaq.

“Əlahəzrət sentyabrın 10-da, Müqəddəs Ceyms sarayında saat 10:00-da Varislik Şurasının iclasında kral elan ediləcək”, - sənəddə deyilir. Sarayda əvvəlcə əlahəzrətin iştirakı olmadan, Şəxsi Şura - monarxın yanında məsləhətçi orqan - görüşəcək. Onun üzvləri anası bir gün əvvəl öldüyü anda kral olmasına baxmayaraq III Çarlzın taxta çıxdığını elan edəcəklər. Sonra II Elizabetin varisi iclasa qatılaraq rəhbərlik edəcək.

Üç əsrlik ənənəyə görə, əlahəzrət bircə - Şotlandiya Kilsəsini müdafiə edəcəyinə (1707-ci ildə bağlanmış İngiltərə-Şotlandiya ittifaqının şərti belə idi-red) and içəcək. Britaniya monarxının ali rəhbəri olduğu İngiltərə kilsəsi ilə bağlı and daha sonra parlamentin palatalarında oxunacaq.

Son xəbərlər

Orphus sistemi