İtaliyanın keçmiş XİN başçısı çirkli pulların yuyulması prosesində iştirak etməkdə şübhəli bilinir

İtaliyanın keçmiş XİN başçısı çirkli pulların yuyulması prosesində iştirak etməkdə şübhəli bilinir Ölkənin maliyyə qvardiyası C.Fini ilə vətəndaş nikahında olan xanımından və iki ailə üzvündən 5 milyon avro dəyərində olan aktiv müsadirə edib
Digər ölkələr
14 Fevral , 2017 16:12
İtaliyanın keçmiş XİN başçısı çirkli pulların yuyulması prosesində iştirak etməkdə şübhəli bilinir

Bakı. 14 fevral. REPORT.AZ/ İtaliyanın keçmiş xarici işlər naziri Canfranko Fininin adı çirkli pulların yuyulması prosesində hallanır.

"Report" İtaliya KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

KİV-in məlumatına görə, ölkənin maliyyə qvardiyası C.Fini ilə vətəndaş nikahında olan xanımından və iki ailə üzvündən toplamda 5 milyon avro dəyərində olan aktiv müsadirə edib. Onlar çirkli pulların yuyulması və qeyri-qanuni mənfəət əldə etmək üzrə İtaliya Cinayət Məcəlləsinin üç maddəsini pozmaqda ittiham olunurlar. İddia edilən cinayətlər 2008-ci ildən bəri törədilib.

Qeyd edək ki, C.Fini 2004-2006-cı illərdə Silvio Berluskoni hökumətində İtaliyanın XİN başçısı olub. O, 2008-ci ildən 2013-cü ilə qədər parlamentin aşağı palatasının - Deputatlar Palatasının sədri vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi