Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum edib

Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum edib Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum ediblər, buna görə məsuliyyəti “Indian Cyber ​​Force” haker qrupu öz üzərinə götürüb.
Digər ölkələr
29 Sentyabr , 2023 02:22
Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum edib

Hindistanlı hakerlər Kanada Silahlı Qüvvələrinin saytına hücum ediblər, buna görə məsuliyyəti “Indian Cyber ​​Force” haker qrupu öz üzərinə götürüb.

“Report” xəbər verir ki, bu barədə “Globe and Mail” qəzeti Kanada Milli Müdafiə Nazirliyinin (DND) Media ilə əlaqələr departamentinin rəhbəri Daniel Le Butilyeyə istinadən məlumat yayıb.

Butilyenin sözlərinə görə, saytın işində problemlər çərşənbə günü meydana gəlib, lakin elə həmin gün bir qədər sonra həll edilib. Qeyd olunur ki, kompüter istifadəçiləri Silahlı Qüvvələrin saytına çıxış şansı əldə ediblər, amma portalın mobil versiyası əksəriyyət üçün əlçatan olmayıb.

Qurumun sözçüsü əlavə edib ki, veb-resurs ictimaiyyət üçün açıq olan hökumət və Kanada Müdafiə Nazirliyinin veb-saytlarından, həmçinin daxili şəbəkələrdən ayrılıb və təcrid olunub.

Nazirliyin məlumatına görə, “Indian Cyber ​​​​Force” haker qrupu "X" sosial şəbəkəsindəki səhifəsində və teleqram kanalında işləməyən səhifənin skrinşotlarını paylaşıb və hücuma görə məsuliyyəti üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi