Hindistanda avtomobil dərəyə düşüb, 18 nəfər ölüb

Hindistanda avtomobil dərəyə düşüb, 18 nəfər ölüb Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobilin dərəyə düşməsi nəticəsində azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.
Digər ölkələr
20 May , 2024 17:58
Hindistanda avtomobil dərəyə düşüb, 18 nəfər ölüb

Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobilin dərəyə düşməsi nəticəsində azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan sonra meşədən qayıdırmışlar. Avtomobil yoldan çıxaraq dərəyə düşüb.

“On iki qadın və bir kişi yerindəcə ölüb. Daha 9 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Beş qadın xəstəxanada ölüb”, - yerli polisin sözçüsü Abxişek Pallava jurnalistlərə bildirib.

Son xəbərlər

Orphus sistemi