Hindistan-Çin sərhədində dördillik qarşıdurmaya son qoyulub

Hindistan-Çin sərhədində dördillik qarşıdurmaya son qoyulub Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub.
Digər ölkələr
21 Oktyabr , 2024 19:40
Hindistan-Çin sərhədində dördillik qarşıdurmaya son qoyulub

Hindistan Çinlə sərhəddə patrul fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılıq əsasında dörd ildir davam edən sərhəd qarşıdurmasına son qoyub.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.

“Bu, sərhəd bölgələrində sülh və əmin-amanlıq üçün zəmin yaradır”, - nazir bildirib.

Agentlik qeyd edir ki, bu açıqlama Çin prezidenti Si Cinpin və Hindistanın baş naziri Narendra Modinin Rusiyada keçiriləcək BRICS sammitində iştirakından bir gün əvvəl verilib ki, bu da iki lider arasında mümkün ikitərəfli görüşə yol açır.

Xatırladaq ki, Pekin və Nyu-Dehli arasında münasibətlər Hindistan ordusunun 20 əsgərinin mübahisəli Hindistan-Çin sərhədində Çin əsgərləri ilə yaranmış qarşıdurmada öldürülməsi iddiası fonunda 2020-ci ilin iyun ayından etibarən dondurulub. Tərəflər bir-birini sərhəd xəttini keçməkdə və razılaşmaları pozmaqda ittiham ediblər.

Son xəbərlər

Orphus sistemi