Uitkoff HƏMAS-ın atəşkəsə razılıq verdiyini təkzib edib - YENİLƏNİB

Uitkoff HƏMAS-ın atəşkəsə razılıq verdiyini təkzib edib - YENİLƏNİB HƏMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağında atəşkəs təklifini qəbul edib.
Digər ölkələr
26 may 2025 20:16
Uitkoff HƏMAS-ın atəşkəsə razılıq verdiyini təkzib edib - YENİLƏNİB

Fələstinin radikal HƏMAS hərəkatı ABŞ-nin Qəzza zolağında atəşkəs şərtləri ilə bağlı təklifi ilə razılaşmayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff “Axios”un müxbiri Barak Ravidə bildirib.

“Ağ Evin xüsusi elçisi Stiven Uitkoff HƏMAS-ın onun girovlar və atəşkəs ilə bağlı təklifiylə razılaşdığına dair iddiasını təkzib edib”, jurnalist “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Uitkoff fələstinli radikalların hərəkətlərini məyusedici və tamamilə qəbuledilməz adlandırıb.

17:46

HƏMAS ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Qəzza zolağında atəşkəs barədə təklifini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə “Reuters” agentliyinə qruplaşmaya yaxın olan fələstinli rəsmi şəxs bildirib.

Bildirilib ki, 10 girovun azad edilməsini və 70 günlük atəşkəsi nəzərdə tutan yeni təklif vasitəçilər vasitəsilə HƏMAS-a çatdırılıb.

Orphus sistemi