Harris və Tramp debatını 58 milyona yaxın ABŞ sakini izləyib

Harris və Tramp debatını 58 milyona yaxın ABŞ sakini izləyib Amerikada Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp arasındakı debat 58 milyona yaxın izləyici cəlb edib ki, bu da Trampın ABŞ prezidenti Co Baydenlə iyunda etdiyi debatdan çoxdur.
Digər ölkələr
12 Sentyabr , 2024 02:17
Harris və Tramp debatını 58 milyona yaxın ABŞ sakini izləyib

Amerikada Demokratlar və Respublikaçılar partiyasından prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp arasındakı debat 58 milyona yaxın izləyici cəlb edib ki, bu da Trampın ABŞ prezidenti Co Baydenlə iyunda etdiyi debatdan çoxdur.

“Report” xəbər verir ki, bu barədə “Nielsen” analitik şirkətinin ilkin məlumatlarına istinadən “New York Post” nəşri yazıb.

“ABC News” çərşənbə axşamı Pensilvaniya ştatının Filadelfiya şəhərində Tramp-Harris debatını televiziya ilə yayımlayıb. Veriliş “NBC”, “CBS”, “MSNBC”, “Fox News” və “CNN” daxil olmaqla, ABŞ-ın bütün əsas televiziya xəbər şəbəkələri tərəfindən canlı yayımlanıb. Ümumilikdə debatı 57,7 milyon tamaşaçı izləyib.

O vaxt hələ prezidentlik yarışından geri çəkilməyən Baydenin Trampla iyun debatını 51,3 milyon şəxs canlı izləyib. Bununla belə, Tramp-Harris görüşü 2020-ci ilin payızında baş tutan ilk Tramp-Bayden debatının populyarlığını keçə bilməyib. Həmin debatı 73,1 milyon ABŞ sakini izləmişdi.

Son xəbərlər

Orphus sistemi