Fransanın yeni xarici işlər nazirinin adı məlum olub

Digər ölkələr
  • 11 fevral, 2016
  • 19:12
Fransanın yeni xarici işlər nazirinin adı məlum olub

Bakı. 11 fevral. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland ölkənin sabiq baş naziri Jan-Mark Eronu xarici işlər naziri vəzifəsinə təyin edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Jan-Mark Eron 2012-14-cü illərdə Fransa hökumətinə rəhbərlik edib.

Fransanın xarici işlər naziri Loran Fabius isə ötən gün tutduğu vəzifədən istefa verdiyini açıqlamışdı. L. Fabius Fransa Konstitusiya Məhkəməsi Şurasının sədri təyin edilib.