Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir

Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir Fransanın Baş naziri Mişel Barnye yeni hökumətin tərkibini müəyyən etmək üçün siyasi xadimlərlə müzakirələri davam etdirir.
Digər ölkələr
9 Sentyabr , 2024 17:49
Fransada hökumətin yeni tərkibi ilə bağlı məsləhətləşmələr keçirilir

Fransanın baş naziri Mişel Barnye yeni hökumətin tərkibini müəyyən etmək üçün siyasi xadimlərlə müzakirələri davam etdirir.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Bildirilib ki, M.Barnye iqamətgahında LIOT fraksiyasının nümayəndələrini (müstəqil deputatlar və dənizaşırı ərazilərin nümayəndələri) qəbul edəcək.

Məlumata görə, Prezident Emmanuel Makron Baş naziri Yelisey sarayında qəbul edib.

M.Barnye Milli Assambleyadakı prezidentyönlü koalisiyanın sədri, keçmiş baş nazir Qabriel Attala da zəng edib.

Baş naziri sentyabrın 6-da "Respublikaçı"lar partiyasının və prezident qüvvələrinin “Birlik” blokunun nümayəndələri ilə görüşüb.

Xatırladaq ki, sentyabrın 5-də Fransa prezidenti Emmanuel Makron 73 yaşlı Mişel Barnyeni yeni hökumət başçısı təyin edib.

Son xəbərlər

Orphus sistemi