Fransada təlim təyyarəsi qəzaya uğrayıb, iki nəfər yaralanıb
Digər ölkələr
- 17 avqust, 2026
- 15:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa Müdafiə Nazirliyinin Hərbi Hava və Kosmik Qüvvələrinin "Cirrus SR-20" təyyarəsi təlim uçuşu zamanı Buş-dü-Ron departamentinin Salon-de-Provans kommunasında qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə Hərbi Hava və Kosmik Qüvvələrinin məlumatında deyilir.
Qeyd olunub ki, Hərbi Hava Qüvvələrinin kiçik təyyarəsinin iki ekipaj üzvü - pilot və təlimatçı aldıqları xəsarətlərə baxmayaraq, həyəcan siqnalı veriblər.
Qəza zamanı onlar yaşayış məntəqələrindən yan keçə biliblər. Üçüncü şəxslərə ziyan dəyməyib.
"Hərbi Hava Məktəbinin göyərtədə olan iki hərbçisi təyyarəni endirməyə və onu alovlanmazdan əvvəl tərk etməyə müvəffəq olublar", – Salon-de-Provans şəhər meriyasında bildiriblər.
Son xəbərlər
12:53
Marqus Tsahkna: Bakı və İrəvan arasında sülh regiona böyük perspektivlər gətirəcək
Xarici siyasət
12:51
Ceyhun Bayramov: Eston həmkarımı Azərbaycandan Ermənistana neft məhsullarının daşınması ilə bağlı məlumatlandırdım
Digər
12:46
Ceyhun Bayramov estoniyalı həmkarı ilə Azərbaycanın enerji imkanlarını müzakirə edib
Xarici siyasət
12:46
Azərbaycandan Estoniyada 200 tələbə təhsil alır
Xarici siyasət
12:44
Sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsi təklif edilir
Milli Məclis
12:42
Ceyhun Bayramov: Estoniya XİN rəhbəri ilə görüşün əsas məqsədi bu ölkənin Bakıda səfirliyinin açılışıdır
Xarici siyasət
12:42
Məhkəmə əmri haqqında ərizəyə görə dövlət rüsumunun azaldılması birinci oxunuşda qəbul edilib
Milli Məclis
12:42
Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 1-i keçiriləcək
Milli Məclis
12:41
Ceyhun Bayramov: Azərbaycan və Estoniya arasında 8 sənəd üzərində iş aparılır
Xarici siyasət