Fransada naməlum şəxs yəhudi qadına bıçaqla hücum edib

Digər ölkələr
  • 04 noyabr, 2023
  • 20:02
Fransada naməlum şəxs yəhudi qadına bıçaqla hücum edib

Fransanın Lion şəhərində naməlum şəxs yəhudi qadına öz mənzilində bıçaqla hücum edib.

"Report"un məlumatına görə, bu barədə BFMTV məlumat yayıb.

Hazırda hücum edən şəxsin kimliyi araşdırılır.

Telekanalın məlumatına görə, qadının vəziyyəti pis deyil, lakin onun yerləşdirildiyi xəstəxanada polislər növbətçilik edir.