Fransada koronavirus qurbanlarının sayı 27,4 mini keçdi

Digər ölkələr
  • 14 may, 2020
  • 17:57
Fransada koronavirus qurbanlarının sayı 27,4 mini keçdi

Fransada bir gün ərzində koronavirusdan 351 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Martın 1-dən biz COVID-19-la bağlı 27 425 ölümə ağlayırıq", - rəsmi məlumatda bildirilir.

Qeyd edilir ki, xəstəxanalarda 17 224 insan, qocalar evlərində - 10 201 nəfər ölüb.

Hazırda ölkə xəstəxanalarının reanimasiyalarında 2 299 xəstə var var. Reanimasiya şöbələrinə 24 saat ərzində daha 52 xəstə yerləşdirilib.

44 filmi