Fransada iğtişaşlar zamanı polis və jandarmlar 4 min nəfəri saxlayıb ki, onlardan 10 faizinin Fransa vətəndaşlığı olmayıb.
"Report" xəbər verir ki, bunu Senatda keçirilən dinləmələrdə nazir Cerald Darmanin deyib.
Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb. Nantrda başlayan aksiyalar bir gün sonra onlara Lill və Tuluza sakinləri də qoşulub. Daha sonra etirazlar iğtişaşlara və polislə toqquşmaya çevrilib.
Fransa cəmiyyətində polis zorakılığı, irqçilik və digər sosial problemlər beynəlxalq medianın mövzusuna çevrilib. Üstəlik, təkcə polis zorakılığı deyil, həm də hökumətin belə hadisələrə reaksiyası da ciddi müzakirə edilir.
Xatırladaq ki, Fransanın iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bruno Le Mer iyunun 27-dən bəri iğtişaşçıların ölkə boyu 1000-dən çox mağaza və 200 ticarət mərkəzini yandırıb talan etdiyini bildirib.