​Fransa prezidenti sentyabrda Rumıniyaya səfər edəcək - FOTO

​Fransa prezidenti sentyabrda Rumıniyaya səfər edəcək - FOTO Fransa və Rumıniya birgə uzunmüddətli iqtisadi layihələr üzərində işləyir
Digər ölkələr
15 İyul , 2016 02:14
​Fransa prezidenti sentyabrda Rumıniyaya səfər edəcək - FOTO

Buxarest, 15 iyul. REPORT.AZ/ “Biz Fransa prezidenti Fransua Ollandın yaxın vaxtlarda Rumıniyaya baş tutacaq səfərinin hazırlıqlarını fəal şəkildə davam etdiririk”. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bunu Fransanın Rumıniyadakı səfiri Fransua Sen-Pol (Francois Saint-Paul) ölkəsinin Mİlli Bayramı münasibətilə Buxarestdə keçirilən tədbirdə bildirib.

Diplomat əlavə edib ki, Fransa və Rumıniyanı bir-birinə yaxınlaşdıran bir çox layihələr və işlər mövcuddur. Ötən ay Parisdə iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq üzrə yeni yol xəritəsi də bunun bariz nümunəsidir.

“Fransa və Rumıniya birgə uzunmüddətli iqtisadi layihələr üzərində işləyir. Məsələn, Braşov şəhərindəki “Airbus Helocpoters” zavodu, “Dacia-Renault”un birgə qazandığı uğur, Fransanın Rumıniyadakı Ticarət və Sənaye Palatasının reallaşdırdığı layihələr, ideya və təklifləri qeyd etmək olar”,- deyə səfir vurğulayıb.

Diplomat həmçinin xatırladıb ki, ötən il Rumıniya prezidenti Klaus Yohannis 2 dəfə Fransaya səfər edib və səfər zamanı Fransua Ollandı ölkəsinə dəvət edib.

Qeyd edək ki, Fransa prezidenti bu dəvəti müsbət qarşılayaraq sentyabrda Rumıniyaya səfər edəcək. Nümayəndə heyətinin tərkibində Rumıniya iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan fransız iş adamları da yer alacaq.

Xatırladaq ki, Fransanın Milli bayramı münasibətilə Buxarestdə keçirilən rəsmi qəbulda Rumıniya prezidenti Klaus Yohannis də iştirak edib.   

Son xəbərlər

Orphus sistemi