Floridada təyyarə qəzasında azı iki nəfər ölüb - YENİLƏNİB

Digər ölkələr
  • 11 noyabr, 2025
  • 05:41
Floridada təyyarə qəzasında azı iki nəfər ölüb - YENİLƏNİB

ABŞ-nin Florida ştatının Mayami şəhəri yaxınlığındakı Koral-Sprinqsdə kiçik mühərrikli təyyarənin gölə düşməsi nəticəsində azı iki nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə "NBC News" polisə istinadən xəbər yayıb.

Fort-Loderdeyl aeroportunun nümayəndəsi bildirib ki, "Beechcraft King Air" aviaşirkətinin təyyarəsi Şərq vaxtı ilə səhər saat 10:14-də (Bakı vaxtı ilə axşam saat 19:14) "Melissa" qasırğasının fəsadlarının aradan qaldırılması üçün xilasetmə əməliyyatlarının bir hissəsi olaraq Yamaykaya yola düşüb.

Telekanal təyyarədə olan insanların dəqiq sayını açıqlamayıb.

Müvafiq qurumlar hadisə yerindədir və qəzanın səbəbi araşdırılır.

Qasırğadan sonra yardım üçün Yamaykaya gedən kiçik təyyarə ABŞ-nin Florida ştatındakı Koral-Sprinqs bölgəsindəki su hövzəsində qəzaya uğrayıb.

Bu barədə "Report" "CBS News"a istinadən xəbər verir.

Bildirilir ki, hadisə Vindzor-Bey qapalı yaşayış kompleksində qeydə alınıb. "Beechcraft King Air B100" təyyarəsi "Melissa" qasırğasından sonra yardım üçün Yamaykanın Montego körfəzi şəhərinə uçurmuş", - məlumatda bildirilir.

Təyyarənin göyərtəsində neçə nəfərin olduğu, ölənlər və ya xəsarət alanlar barədə məlumat verilmir.

Hadisə yerində axtarış-xilasetmə işləri həyata keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti